Rəhbər kreslosu
Xüsusi qəlibli forması ilə iş mühitlərində ekonomik bir rahatlıq təqdim edir.
Via ofis kreslosu – Türkiyənin Zuvella markasının məhsulu olub, həm estetik, həm də funksionallığı ilə seçilir. Baş dayaqlığı olmayan bu model istifadəçinin istəyinə görə parça və ya dəri üzlüklə təklif olunur. Hazırda anbarda qara rəngdə mövcuddur. Yüksəklik tənzimləmə və yellənmə funksiyaları iş prosesində əlavə rahatlıq yaradır. Fiksə edilmiş qoltuqaltılar sadəliyi və möhkəmliyi ilə kreslonun davamlılığını təmin edir. Yüksək keyfiyyətli təkərləri olan beşbucaqlı baza isə ofisdə asan hərəkət imkanı verir.
Bu model həm rəhbərlər, həm də menecerlər üçün tam yararlıdır. Komfortlu dizaynı və uzunmüddətli istismar imkanı ilə Via ofis kreslo ofisinizdə peşəkar görünüş və rahat iş şəraiti təmin edir. Qara rəngli müasir üslub otağa uyğunlaşır, mexanizmlər isə kreslodan uzun illər problemsiz istifadə etməyə imkan verir.
Şirkətimizdə ofis kreslo təmiri üçün geniş çeşiddə aksesuarlar təqdim olunur. Buraya təkərlər, pompa mexanizmləri, yellənmə və hündürlük tənzimləmə əsasları daxildir. Bu aksesuarlar ofis mebellərinin ömrünü uzatmağa kömək edir. Bundan əlavə, peşəkar ustalarımız təkcə ofis mebellərinin yığılmasını deyil, kresloların təmirini də həyata keçirir. Beləliklə, siz həm yeni kreslo, həm də mövcud mebel üçün texniki xidmət və təmir imkanından yararlana bilərsiniz.