SAL

Jurnal masası

O, incə düşünülmüş dizaynı, incə, lakin güclü xəttləri ilə yerləşdiyi məkana zəngin görünüş vermək üçün dizayn edilmişdir. İncə metal ayaqları, taxta şponlu gövdəsi ilə mükəmməl bir bütövlük qazanmışdır.

Kateqoriya

Sal ofis mebel jurnal masası, Zivella – Türkiyə istehsalı

Sal ofis mebel jurnal masası, yüksək keyfiyyətli materiallardan hazırlanıb və müasir interyerlər üçün nəzərdə tutulub. Bu modelin əsas özəlliyi – tammetaldan hazırlanmış, xüsusi bükülmüş dəmir prutlardan ibarət möhkəm ayaqlarıdır. Stolüstü isə yüksək keyfiyyətli laminatdan hazırlanaraq təbii şpon ilə örtülüb. Bu kombinasiya həm dayanıqlılıq, həm də estetik görünüş təmin edir.

Sal ofis mebel jurnal masa – dairəvi və oval formalarda

Bu model anbarımızda iki formada – dairəvi və oval variantlarda mövcuddur. Hər iki forma qəhvəyi rəngdədir və ağac massivini xatırladan naxışla örtülüb. Minimalist dizaynı sayəsində həm rəhbər otaqlarında, həm də ümumi ofis sahələrində zəriflik qatır. İstər müştəri qəbul otaqlarında, istərsə də işçi məkanlarında rahatlıqla istifadə oluna bilər.

Ofis mebelləri – geniş seçim və ixtisaslaşmış həllər

Zivella istehsalı olan ofis mebelləri yalnız jurnallıq masalarla məhdudlaşmır. Bizim kataloqumuzda masa, kreslo, şkaf, konsol və digər ofis mebelləri ilə yanaşı, klinikalar və kinozallar üçün nəzərdə tutulmuş xüsusi mebel də mövcuddur. Hər bir məhsul uzunömürlülük, rahatlıq və funksionallığı ilə seçilir. İstər böyük korporativ sifarişlər, istərsə də fərdi seçimlər üçün ən ideal həlləri təqdim edirik.

Open chat
Salam!
Sizə necə kömək edə bilərik?