Ofis mebelləri, hər bir ofisin əsas elementidir. Azərbaycanda yüzlərlə, minlərlə ofis var, amma onların hamısında ideal şərait yoxdur. Əsas məsələ ondan ibarətdir ki, ofisdə hər şey əməkdaşların rahatlığı üçün düşünülməlidir.
Ofis mebelləri şirkətin uğurunun əsaslarından biridir və bu səbəbdən:
Ofis mebeli əməkhaqqıdan sonra ikinci vacib faktordur. Niyə? Çünki əməkdaşların rahat şəraitdə çalışması, şirkətin onlara qayğı göstərməsi hissi yaradır. Bu zaman onlar daha yüksək maaş təklifi alsalar belə, işlərini dəyişmək istəmirlər. Onları kollektiv, rahatlıq, parkinq və əlbəttə ki, rahat iş mebeli cəlb edir.
Ofis mebelləri üstünlükləri
İşçilərin iş yerini dəyişməməsinin əsas səbəbləri bunlardır:
- Rahatlığa vərdiş.
- Düzgün planlaşdırılmış iş sahəsi.
- İşdən yayınmadan məhsuldarlığın qorunması.
- Məqsədlərə çatmaq üçün optimal şərait.
Ofis mebelləri – imic, etibar və peşəkarlıq
Stabil və etibarlı şirkətlər gözlənilən nəticəni təmin edir. Əməkdaşlığa ehtiyac duyan yüzlərlə şirkət, tərəfdaş şirkətlərdən uyğun infrastruktur və dəstək gözləyir. Bu inam yalnız komfortlu və keyfiyyətli ofis mebeli ilə təmin olunur.
Rahatlıq və qazanc fürsəti
Biz sizə elə mebel təqdim edirik ki, onu ofisə gələn qonaqlara göstərməkdən çəkinməyəcəksiniz. Standart bir vəziyyəti təsəvvür edin: qonağı köhnə, narahat kresloda əyləşdirirsiniz – bu xoş təəssürat yaratmaz. Əksinə, müasir kreslo, keyfiyyətli stol, ləzzətli qəhvə və komfortlu şərait — bunlar ofis mebeli ilə yaradılan imicdir.
Rahat iş yerinin təşkili – əsas amil
Şirkət strukturu, kadrlar və vəzifə bölgüsü kifayət deyil. İş yerinin düzgün təşkili əsasdır. Əməkdaş öz ehtiyaclarını bilməlidir: stol ölçüsü, kreslo növü, tənzimlənən qoltuq, arxa dayağı, siyirmələr, masa üstü təşkilatçılar…
Ofis məkan dizayneri – xidmətimiz
Bütün ehtiyacları əməkdaşlar özləri ifadə edə bilməyə bilər. Məhz bu səbəbdən bizim şirkət peşəkar dizayner xidməti təqdim edir. Menecer əməkdaşlarla işləyərək, ehtiyac siyahısı tərtib edir, suallar verir, düzgün həll yolları təklif edir.
Ofis mebellərində masaların rolu az əhəmiyyət daşımır
Biz ofis masalarının nə qədər vacib olduğunu yaxşı anlayırıq. Masalar həm rahatlıq, həm də iş məhsuldarlığı yaradır. İş mühitini düzgün təşkil etmək üçün masa seçimi çox önəmlidir və bu seçim azad məkan nəzərə alınaraq edilməlidir. Bəzən işçilərin sərbəst hərəkət edə biləcəyi geniş sahəsi olmur, xüsusən də açıq ofis (“open space”) planlarında. Bu hallarda biz planlaşdırmanı otağın ölçülərinə uyğun şəkildə edirik. Nəticədə isə əməkdaşlar sabit işləyə bilmələri üçün lazım olan hər bir şeyi əldə edirlər. Biz şirkət menecerlərinin istəklərini nəzərə alırıq və onlar üçün lazım olan sayda siyirmələr, masanın altındakı rəflərin sağda və ya solda yerləşməsi kimi detalları tam təmin edirik.
Şirkət rəhbərləri və şöbə müdirləri üçün ofis masaları
Rəhbər heyət üçün nəzərdə tutulmuş masalar tamamilə fərqli yanaşma tələb edir. Burada həm iş masasının ergonomikasına, həm də iş prosesinin səmərəliliyinə diqqət yetirilməlidir. Ən əsası isə rəhbər heyət çox zaman qonaqları qəbul edir. Bu səbəbdən rəhbər kabinetlərində istifadə edilən mebellərin dizaynına xüsusi diqqət yetirilməlidir. Bizim geniş çeşiddə müasir rəhbər mebeli modellərimiz var. Bu modelləri peşəkar dizaynerlər hazırlayır və onların keyfiyyətini əla səviyyədə qiymətləndirmək olar.
Ofis Kreslosu – iş mühitinin əsas elementi
Ofis kreslosu hər bir əməkdaş üçün ən vacib mebel elementidir. İşçini narahat etməməli, əksinə – gündəlik vəzifələrini rahat və məhsuldar yerinə yetirməsinə imkan yaratmalıdır. Axşama doğru tükənmiş, yorğun işçi yerini dəyişmək istəyəcək. Amma rahat kreslo və yaxşı təşkil olunmuş iş yeri bu cür problemlərin qarşısını alır.
Geniş seçim və keyfiyyətli məhsullar
Bizim salonumuzda funksional stol, kreslo, dolab, tumba və digər ofis mebelleri geniş çeşiddə təqdim olunur. Məqsədimiz – sizə lazım olanı tapmaqda kömək etmək, artıq xərclərdən yayınmaqdır.
Türkiyədən yüksək keyfiyyətli ofis mebelleri
Bizim ofis mebellər Türkiyənin Zivella fabrikində istehsal olunur. Yüksək keyfiyyətli fitinqlər sayəsində uzunömürlü və dayanıqlı olur. Bu da Çindən gələn ucuz mebellərlə müqayisədə daha sərfəlidir. Çünki siz iki dəfə dəyişdirəcəyiniz ucuz mebel əvəzinə, bir dəfə alacağınız keyfiyyətli mebeldən uzun illər istifadə edə bilərsiniz.