Doğru ofis mebeli seçmək şirkətin gələcəyinə qoyulan bir sərmayədir.

Heç kim gündə ən azı səkkiz saatını narahat bir stulda və ya yararsız bir masada keçirtmək istəmir. Bu səbəbdən seçici olmaq və ehtiyacları yaxşı analiz edərək işçilərin məhsuldarlığını artıracaq ofis mebeli seçmək vacibdir.

Ofis mebeli seçməyə başlamazdan əvvəl ofisin ehtiyaclarının siyahısını hazırlamaq lazımsız xərcləri aradan qaldıracaq. İnteryer dizayneri ilə işləyirsinizsə, bu şirkətin işini asanlaşdıracaqdır. Satın alınacaq ofis mebeli barədə qərar verdikdən sonra nəzərə alınması lazım olan bir neçə vacib məsələ var.

Hər şeydən əvvəl ofis mebeli seçərkən şirkətin markasını və tərzini əks etdirən seçimlər edilməlidir. Bu, həm mövcud, həm də potensial işçilərin və müştərilərin nəzərində şirkətin mədəniyyəti və vizionu haqqında məlumat verəcəkdir.

Ofis mebeli seçərkən işçilərin məhsuldarlığı başqa bir prioritetdir. Rahat bir ofis masası, erqonomik bir iş kreslosu və ya ofis kreslosu, ofisdə uzun saatlar keçirən işçilərin məmnuniyyətində və bununla da məhsuldarlığını artırmaqda çox vacibdir. Eynilə, iclas masaları və ya ümumi sahələrdəki kreslor və divanlar, lobbidə istifadə ediləcək gözləmə modulları eyni rahatlıq və erqonomikliyə sahib olmalıdır.

Ofis mebeli davamlı dəyişdirilə bilən bir məhsul deyil. Buna görə ofis mebeli seçərkən yüksək keyfiyyətli,davamlı ancaq zadəganlıqdan, sadəlik və rahatlıqdan güzəşt etməyən məhsullar seçmək lazımdır. Bunu edərkən şirkətin böyüyəcəyini və ofis mebellərinin böyüməyə uyğun gəlməsini unutmamalıyıq.

Nəhayət, işçilərin profilini, xüsusiyyətlərini, tələblərini və gözləntilərini çox yaxşı təhlil etmək və buna görə ofis mebeli seçmək vacibdir. Nəticədə əsasən ofis mebeli istifadə edəcəklər şirkətin işçiləridir. Günümüzün texnoloji inkişafına uyğun olaraq,yeni nəsillərin dəyişkən iş tərzinə görə modullu ofis mebeli seçmək gələcək üçün əhəmiyyətli bir sərmayə olacaqdır.